Qızdırmalı halda toy aparmasına sərt reaksiya: «Xəstəlik yayırsınız»

Tarix : Oxunma : Yorum Yaz

«Deyirlər qocalmısınız, üzünüz şişib. Allah haqqı, xəstə-xəstə kimin gücü çatar ki, getsin məclis aparsın».

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib. Sənətçi görünüşünü tənqid edənlərə cavab verərkən, xəstə qızdırmalı halda məclisə getdiyini bildirib:

«Dünən xəstə canımla hündürdabanda 6 saat məclis aparmışam. Qızdırmalı halda… Video paylaşmışam, heç görün bilinirdi? Görün, Fatimə xəstəyə oxşayırdı? Arzulayıram yarım dəqiqə bunu keçirəcəksiniz. Görün edə bilərsiz?».

Fatimənin qızdırmalı halda toya getməsi isə birmənalı qarşılanmayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan açıqlamaya istifadəçilər etiraz edib. Onun ünvanına «Qızdırmalı məclisə gedib, niyə camaatı xəstələndirir», «Xəstəliyi yayırsınız», «Covid testi vermisiniz? Bəlkə elə koronavirus olmusan» kimi şərhlər yazılıb.

İlk yorumu siz yazın