«Qırılan ümidlərin səsi qulaq batırır» — Flora Kərimova

«Qırılan ümidlərin səsi qulaq batırır» — Flora Kərimova
Tarix : Oxunma : Yorum Yaz

«Bəzən qırılan ümidlərin səsi qulaq batırır… Bu çox ani olur. Müharibə dəhşətli bir şeydir».

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. Müğənni Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşımında bunları əlavə edib:

«Yaşanan tarixlər yad deyil, yeni deyil. Sadəcə ad və məkan dəyişir. Evinin qapısına qıfılı gözyaşları ilə lehimləyib geri dönəcəyində yerində nə tapacağını bilmədən getmək böyük faciədir.  Əlacsızlığın məğlubiyyəti daha ağır olur. Bu zaman kəsiyində kimi tarixdə qürurla anılan olur, kimi də istəmədən kədərli statistikanın birinə çevrilir. Əlimdən gələn mövqeyimi göstərmək və dua etməkdir. Qarğış etmək isə vərdişim deyil. Duam isə budur: bu qara günlər tezliklə Ukraynanın tarixinə fəxarətli gün kimi yazılsın».

İlk yorumu siz yazın