Müğənni Xuraman Şuşalı qayınanasından qorxduğunu etiraf edib.
Axşam.az xəbər verir ki, bu haqda sənətçi «Səhər mərkəzi» proqramında deyib. O, aparıcının «Qonşular deyir ki, bu günlərdə qayınananızla davanız olub» sözlərinə Xuraman etiraz edib:
«Qayınanamdan çəkinirəm. Küsürsə, könlünü almaq olmur. Allah ona can sağlığı versin. Bu yaxınlarda qayınatam dünyasını dəyişdi. Çox gözəl insan idi. Amma aramızda söhbət olmur. Qayınanamdan qorxuram. O demək deyil ki, məni döyür. Sadəcə küsəndə könlünü almaq olmur».