“Qarşısında diz çöküb yalvarmışam“ — Aktrisadan sevgi etirafları

“Qarşısında diz çöküb yalvarmışam“ — Aktrisadan sevgi etirafları
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Nahidə Orucova vaxtilə ona gələn sevgi etiraflarından bəhs edib.

Yenisabah.az xəbər verir ki, «Xəzər» telekanalında yayımlanan “Səhər mərkəzi” verilişində qonaq olan 61 yaşlı aktrisa həmkarı Əjdər Həmidovun ona eşq elan etdiyini açıqlayıb:

“Sənət adamlarından çox sevgi etirafı almışam. Bu etiraflar çox olub. Amma mən yalnız bir insanı seçmişdim.

Özü də efirlərdə dəfələrlə etiraf edib ki, Nahidə teatra gələndə onu sevirdim, hətta qarşısında diz çöküb yalvarmışam. Bu, Əjdər Həmidov idi. O zaman Sumqayıt Teatrına yeni gəlmişdim. Bu hadisəni hər zaman gizlətmişəm. Söhbət öz aramızda olub. Sonra özü efirdə məni sevdiyini etiraf edib. Onda dedim ki, Əjdər, səndə böyük ürək var”. 

İlk yorumu siz yazın