«Qarğışlarınız öz başınızda çatlasın»

«Qarğışlarınız öz başınızda çatlasın»
Tarix : Oxunma : Yorum Yaz

Aktrisa Ülviyyə Xəlilbəyli bir TikTok videosuna görə onu tənqid edənlərə cavab verib.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib.

Ülviyyə bildirib ki, paylaşımını səhv başa düşüblər:

«Sözüm bəzi cahillərədir. Mən heç bir şərh bildirməmişəm. Səs isə mənə aid deyil. Sadəcə hamı kimi parodiya etmişəm. O tərbiyənin də sahibi deyiləm ki, kimisə lağa qoyum. Qəndlə çay içmək isə zövq məsələsidir. Videonu çəkəndə heç düşünməmişdim ki, bu qədər səhv yerə yozarlar.

Qarğışlarınız da, təhqirləriniz də öz başınızda çatlasın. Ürəyimi Allah görür, bəsimdir. Sizin kimi bir işə yaramayan, qara düşüncəli insancıqları Allah islah etsin. Bol-bol günahımı aldınız. Çox sağ olun, sayənizdə trendə düşdüm».

Qeyd edək ki, sənətçinin paylaşdığı videoda qəndlə çay içməklə bağlı danışan bir xanımın səsi yer alıb.

İlk yorumu siz yazın