«Qara piar» edib, boşanma xəbərimi yaydılar»

«Qara piar» edib, boşanma xəbərimi yaydılar»
Tarix : Oxunma : Yorum Yaz

«Mərkəzimdə işlər əla gedir. Mərkəzimizin üzvlərinin bir çox klipləri işıq üzü görüb. Eyni zamanda öz yaradıcı işlərimi də axsatmıram. Bu günlərdə isə Məmmədbağır Bağırzadənin «Darıxıram» mahnısını rokla sintez edilmiş formada oxumuşam. Mahnılar, ifaçılar çoxdur. Bu gün şou-biznesdə yaşıdlarım arasında mənim qədər məhsuldar ifaçı yoxdur. Hər ay bir mahnı təqdim etmişəm. İsveçrədə, İngiltərədə klip çəkdirmişəm».

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Yaradıcılığından danışan sənətçi özünü ən çox layihə təqdim edən ifaçı adlandırıb. 

Xəlilova yeni bəstələrdən gileylənib. O bildirib ki, indi yazılan mahnıların əksəriyyəti anlaşılmazdır:

«Özümə gün ərzində yüzlərlə mahnı yollayırlar. Onlara bəstəkar deyə bilmərəm. Onlara ad qoya bilmirəm. Bəstəkar Faiq Sücəddinov, Fikrət Əmirov, Xanım İsmayılqızı, Vüqar Camalzadə, Gövhər Həsənzadədir. Mahnılara qulaq asıram, dəhşətdir, söz yığını. Mənim kimi peşəkar biri mahnıdakı sözləri tuta bilmirəm. Bugünkü sənət və yaradıcılıq rəqabəti deyil, ticarət və alverdir. Bu, biznesə çevrilib: pul qoyurlar və qazanırlar. Pul qoyub trendə düşür, sonra da pul qazanırlar. Çıxıb deyirlər ki, 25 milyon baxış gəlib. Axı sən buna pul qoymusan, niyə demirsən? Mahnılardan baş aça bilmirəm: ideya yox, kasad, sabun köpüyünə oxşayır».

Müğənni ona qarşı «qara piar» aparıldığını, yaradıcılığına kölgə salındığını iddia edib:

«Mən klip çəkdirdim, götürüb hamiləlik xəbərimi yaydılar. Qəsdən etdilər ki, işim kölgədə qalsın. Qorxurlar ki, Elnarənin işi partladar, tez onu məişət mövzusu ilə ört-basdır edək. Yayda bir mahnı çıxartdım, boşanma xəbərim yazıldı. Ailəmlə istirahətdə idik, səhər açdıq ki, yazıblar ayrılıb. Bilmirəm «qara piar»ı kim edir. Bunu qəsdən edirlər. İstəyirlər mən gündəmdə övlad, boşanma — məişət xəbərləri ilə yadda qalım».

Xəlilova toylara gedib-getməməsi haqda suala isə «Mənim var dövlətim, brilyantım, qızıllarım ailəmdir. Bir də sənətimdir. Mən yaradıcılığı digər həmkarlarımdan fərqli olaraq biznesə çevirmirəm. İstəyirəm baxım nə bəyənildi, nə yox. Əgər mən hit oxuyuramsa, onu toyda da, ad günündə də istəyəcəklər. Hər toya getmirəm. Bəzi ailələr var ki, illərdir onların ailə tədbirlərinə qatılıram. Əvvəl öz, indi uşaqlarının məclislərində olmuşam. Seçirəm, hər yerə getmirəm» cavabını verib.

İlk yorumu siz yazın