«Qadın nə qədər qapalı geyinirsə, bir o qədər cazibədar görünür»

«Qadın nə qədər qapalı geyinirsə, bir o qədər cazibədar görünür»
Tarix : Oxunma : Yorum Yaz

«İllərdir əziyyət çəkmişəm. Allah mənə bu istedadı verir. Müğənnilər sənətdən gedəndə bir müddət sonra qayıdırlar. İstəsələr də istəyi içində basdırıb, sənəti öldürsün, mümkün deyil. Haradansa cücərəsəck. Allahın mənə bəxş etdiyi hədiyyəni, itələyə bilmərəm.  

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli «Söz baz» proqramında deyib. Sənətçi «Ailə qursan sənətdən gedərsən» sualına əsəbiləşib:

«Bu sualı qəbul etmirəm. Sənəti atsam, əvvəl özümə hörmət etmirəm. Ailə də, sənət də olsun. İkisi bir arada ola bilməz? Həkimin, müəllimin ailəsi də, sənəti də var. Müğənnininn niyə olmasın? İfaçılıq gözəl sənətdir».

Günay bir vaxtlar geyiminə görə ailəsi tərəfindən qınanıldığını açıqlayıb:

«22-23 yaşımda olub, şıltaq vaxtlarım idi. İndi açıq geyinmək dəbdə deyil. Qadın nə qədər qapalı geyinirsə, bir o qədər cazibədar görünür. Gündəlik həyatımda açıq geyinməmişəm, kliplərimdə olub. Şıltaq yaşlarım idi».

İlk yorumu siz yazın