Qərbi Kaspi Universitetində Beynəlxalq Dağlar günü münasibətilə tədbir keçirilib

Tarix : Oxunma : Yorum Yaz

Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, Alpinizm Federasiyasının vitse prezidenti Valeri Bağırov, İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov, FHN xüsusi Riskli Xilasetmə Xidmətində xilasedici desantı, Azərbaycan İdman Dırmanmasının Milli Yığma komandasının əsas heyətinin üzvü, Qərbi Kaspi Universitetinin məzunu Sima Səfərova dağçılıq, dağ ekspedisiyları barədə məlumat veriblər. Vurğulanıb ki, BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq «Dağlar Günü» kimi qeyd olunur. Hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.»Dağlar Günü» hər il bir başlıq altında qeyd olunaraq, cəmiyyətin diqqətini özünə çəkməklə problemin həllinə yönəlik təşəbbüslərə şərait yaradır. 2020-2021-ci illərdə isə Dayanıqlı Dağ Turizminə həsr olunub.Tədbirin sonunda iştirakçılar bu günə həsr olunmuş sərgi ilə tanış olublar.

İlk yorumu siz yazın