“Qələt edib, ənkə böyüyünü də yanına alıb!” — Sərxan əsəbləşdi + Video

“Qələt edib, ənkə böyüyünü də yanına alıb!” — Sərxan əsəbləşdi + Video
Tarix : Oxunma : Yorum Yaz

Tanınmış aktyor Sərxan Kərəmoğlu sərt açıqlaması ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, Tarix Əliyevin (Tolik) “Ümid ilə gəl” sosial verilişində ekspert qismində çıxış edən Kərəmoğlu qəzəblənib.

Qızların erkən ailə qurmasına haqq qazandıranları kəskin şəkildə qınayan aktyor deyib:

“Bəzən deyirlər ki, nə olsun, mənim nənəm 9 yaşında ərə gedib. Sənin nənən qələt edib, ənkə böyüyünü də yanına alıb! 9 yaşında uşaq qadın ola bilərmi? Əvvəlki xanımlarla indikilər arasında dağlar qədər fərq var. O vaxt dağın başında qoyunu, quzunu çiyninə alıb çıxırdılar. İndikilərə 9-15 yaşında qoyun, quzu vermək olar?”

Tarix Əliyev verilişdən olan həmin hissəni sosial şəbəkə hesabında paylaşaraq S.Kərəmoğlunun fikirləri ilə razılaşdığını bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

İlk yorumu siz yazın