Təqdimat mərasimində Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov və onlayn rejimdə UBIS Universitetinin akademik işləri üzrə prorektoru Dr. Viola Krebs, eləcə də hər iki universitetin müəllim, professorları, məzunlar iştirak ediblər.
Çıxış edənlər məzunları təbrik edərək, uğurlar arzulayıblar. Həmçinin Qərbi Kaspi Universiteti və UBİS-in əməkdaşlığının tələbələr üçün yaratdığı imkanları yüksək qiymətləndiriblər.
Vurğulanıb ki, 2016-cı ildə Qərbi Kaspi Universiteti İsveçrənin UBİS Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb və bu müqavilə Azərbaycanı tərk etmədən, İsveçrə universitetinin MBA dərəcəsini əldə etmək kimi unikal fürsət yaradır.