Qərbi Kaspi Universitetində Respublika elmi-praktik konfrans keçiriləcək

Qərbi Kaspi Universitetində Respublika elmi-praktik konfrans keçiriləcək
Tarix : Oxunma : Yorum Yaz
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.
Konfransa təqdim olunan məqalə və ya tezis materialları toplu şəklində dərc ediləcək.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:
 Makroiqtisadi siyasət və iqtisadi artım
 Qloballaşma şəraitində Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası problemləri
 Maliyyə bazarları və pul-kredit mexanizmlərindən istifadəsi problemləri
 Xidmət sahələrinin inkişafı problemləri
 Aqrar islahatlar və regional inkişaf siyasəti
 İnnovasiya menecmenti və elmin inkişafı problemləri
 Sənaye siyasəti və investisiya problemləri
Məqalə və tezislər 10.05.2022-ci il tarixinədək aşağıdakı elektron poçta göndərilməlidir:
E-mail: conference.2022@wcu.edu.az
📍 Konfransın dili və tələb olunan qaydalar:
Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazılmalıdır. Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1) yığılmalı, A4 formatlı standartla (210×297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 2-5 səhifədən hazırlanmalıdır.
Mətnin əvvəlində bölmə göstərilməli, bir sətir sonra sağdan tədqiqatçının soyadı, adı və atasının adı, onun altında elmi dərəcəsi, müssisəsinin adı, e-poçt ünvanı, telefon nömrəsi və növbəti sətirin mərkəzində isə konfrans materialının adı Boyük həriflərlə yazılmalıdır.
Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:
🟢 Ədəbiyyat siyahısı mətnin sonunda rast gəlmə sırası ilə verilir.
🟢 Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
🟢 Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.
🟢 İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir.
🟢 Konfrans materialının sonunda onun yazıldığı dildən başqa İngilis dilində xülasə verilir. Xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.
Məqalələrə görə müəlliflər məsuliyyət daşıyır.
Əlaqə üçün: E-mail: conference.2022@wcu.edu.az
Telefon: (051) 693-07-03; (070) 690-07-03; (012) 492-74-18
Ünvan: AZ 1001, Bakı, İstiqlaliyyət küç.31

İlk yorumu siz yazın