Qərbi Kaspi Universiteti beynəlxalq reytinq siyahısına düşdü

Qərbi Kaspi Universiteti beynəlxalq reytinq siyahısına düşdü
Tarix : Oxunma : Yorum Yaz

Ötən illərlə müqayisədə Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə daha çox və daha qabaqcıl yerlərdə qərarlaşmağa başlayıb.

Aydinliq.az xəbər verir ki, ölkəmizin daha bir ali təhsil ocağı — Qərbi Kaspi Universiteti AASHE Stars Reytinq təşkilatının reytinqində yer alıb.

Mərkəzi ofisi Amerka Birləşmiş Statların Filadelfiya şəhərində yerləşən AASHE Stars Reytinq təşkilatı 2016-cı ildən etibarən universitetlərin reytinq qiymətləndirməsini aparır. Qiymətləndirmə kateqoriyaları içərisində təhsil, elmi tədqiqat, dayanıqlılıq, icma və tələbələrlə iş, nəqliyyat, enerji və s. ən vacibləri hesab edilir.

Builki reytinqə 1100 universitet daxildir. Qiymətləndirmədə 5 universitet – “Platinum”, 91 universitet — “Gold”, 112 universitet — “Silver”, 29 universitet – “Bronze” kateqoriyasında yer alıb.

Əsasən ABŞ, Kanada və Avstraliya universitetlərinin iştirak etdiyi reytinqdə Qərbi Kaspi Universiteti “Gold Stars”la qiymətləndirilib. Universitetimiz təhsil kateqoriyasındakı qiymətləndirmədə müəyyən edilmiş mümkün 40 baldan 33.52, elmi tədqiqat üzrə mümkün 18 baldan 16,33, ictimaiyyətlə əlaqələr üzrə mümkün 20 baldan 18,48 bala layiq görülüb.

Qeyd edək ki, bu universitet bundan öncə də bir neçə beynəlxalq reytinqdə yüksək nəticə göstərib.

Belə ki, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) təşkilatının “THE İmpact Ranking” reytinqində Qərbi Kaspi Universiteti dünyanın ən yaxşı 601+ universiteti arasında yer alıb, QS (Quacquarelli Symonds) Stars-ın reytinqində təhsil keyfiyyəti üzrə mümkün 5 ulduz üzrə 5, onlayn tədris üzrə 4, məzunların iş tapması üzrə 4 və inklüzivlik üzrə 4 ulduzla qiymətləndirilib. Eyni zamanda UI GreenMetric World University Rankings-də təhsilin keyfiyyətinə görə Avropa üzrə 198-ci yerdə, «U-Multirank” beynəlxalq reytinq sistemində isə ən yaxşı 202 universitet arasında yer alıb.

İlk yorumu siz yazın