Qərbi Kaspi Universitetinin orta məktəblərin IX, X, XI sinif şagirdləri arasında esse müsabiqəsi keçirir. Esselər 05.05.2022 tarixinədək elektron şəklində qəbul ediləcək.13.05.2022-ci il tarixində nəticələr elan ediləcək.İlk üç yerin qalibi mükafatlandırılacaq.Mövzu: Şuşanın tarixi və bu günüTərtibat: həcm 2-3 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2sm; 1,5 interval. Şagirdin adı, soyadı, atasının adı, təhsil aldığı müəssisənin tam olaraq adı və yerləşdiyi ünvan, əlaqə nömrəsi essedə göstərilməlidir.Dil: Azərbaycan dili.Tövsiyələr:
1. Qazanmış olduğunuz bilikləri nümayiş etdirməklə sərbəst düşüncə tərzinizi ortaya qoymaq;2. Dolaşıq fikirlərə, yersiz rəsmiyyətə, təmtəraqlı pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol verməmək;3. Ədəbi dilin bütün normalarına əməl etmək, durğu işarələrini yerli-yerində istifadə etmək;4. Esseni göstərilən elektron ünvana göndərmək: musabiqe@wcu.edu.azƏlaqə nömrəsi: 492-61-63 (14)E-mail: musabiqe@wcu.edu.az