«Qəlbində qısqanclıq, nifrət bəsləmisən…»

«Qəlbində qısqanclıq, nifrət bəsləmisən…»
Tarix : Oxunma : Yorum Yaz

«Sən bayrağımı yandırmağında ol, biz onu ana Vətəndə ucaltdıqca, qəhər səni boğsun. Saral, sol…». 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Sənətçi Ermənistanın cəbhədə Azərbaycana qarşı törətdiyi təxribatla bağlı paylaşım edib.

«Özün seçmisən bu aqibəti. Uzadırsan çoxdan bitmiş haqq, hesabı. Bizə qarşı əsrlər boyu qəlbdə bəsləmisən qısqanclığı, nifrəti. Ürəkdən çəkmisən paxıllığı, gizlətmisən həsrəti. Anlamırsan, tülkü aslana edə bilməz ədavəti.

Uduzar rəqbəti… Özün qətirirsən öz xalqının başına müsibəti. Ay dilsiz, ağızsız, bayrağa güc göstərən… Özgə atına minən tez düşər. Bil ki, budur tək gerçək» deyə, Dadaşova qeyd edib.

İlk yorumu siz yazın