Rusiyanın Xalq artisti Alla Puqaçovanın sosial şəbəkələrdə əri Maksim Qalkinin (Rusiyada xarici agent kimi tanınıb) xarici agent kimi tanınması ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə müraciəti yayılıb.
Axşam.az «Qazeta.ru»ya istinadən xəbər verir ki, Puqaçova da bu siyahıya salınmasını xahiş edib.
“Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki mən həyat yoldaşımla həmrəyəm”, — deyə Puqaçova bildirib.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi “siyasi fəaliyyətlə məşğul olduğu” və Ukraynadan maliyyə aldığı iddiası ilə Maksim Qalkini xarici agent siyahısına salıb. Qalkin hazırda xaricdə yaşayır, Puqaçova özü bu yaxınlarda uşaqları ilə birlikdə Rusiyaya qayıdıb.