Parkda gördüyü qadın Mətanət İsgəndərlini tənqid edib

Parkda gördüyü qadın Mətanət İsgəndərlini tənqid edib
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Mətanət İsgəndərli proqramda dediyi sözlə müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, müğənni «Fəlidən doğru xəbər» verilişinə Əməkdar artist Əkbər Əlizadə ilə birlikdə qatılıb. Proqramda aparıcı Elşən Orucov zarafatla Əkbəri onun oğlu Kərim kimi təqdim edib. 

İsgəndərli isə ona «Səni belə bilmirdim. Sən «keymolla»san ki… Pis mənada» sözlərini söyləyib. 

Müğənni daha sonra verilişlərə qatılarkən onunla birlikdə yer alacaq qonaqları özünün seçdiyini vurğulayıb:

«Əvvəl fikir vermirdim. İndi amma buna fikir verirəm. Arifə bir işarə yetər».  

M.İsgəndərli parkda bir qadının onu tənqid etməsindən söz açıb:

«Bacım bizə gəldi, nəvələrimi götürüb gedib parkda oturduq. Tum alıb çırtdadılar və yerə tökdülər. Dedim, uşaqdılar, xətirlərinə dəyməyim, sonra duranda təmizləyərəm. Bir qadın gəlib tənqid etdi ki, xanım, xoşunuza gəlir elə tökürsünüz? Səsimi çıxartmadım ki, tanıyacaq Mətanət İsgəndərliyəm. Deyir ki, eyib deyil, yekə gəlinsən… Necə təmizlədiksə parkı».

İlk yorumu siz yazın