Müğənni İzzət Bağırov paltarlarını evdə yuduzdurmadığını bildirib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi “El canlı” verilişində danışıb. O, geyimlərini kimyəvi təmizləmə yerlərinə verdiyini açıqlayıb:
«Evdə paltar yuduzdurmuram. Geyimlərimin üstündə əsən adamam. Çalışıram ki, köynəklərimi, kostyumlarımı həmişə kimyəvi təmizləməyə verim. Evdə yuduzduranda başqa cür olur, formasını dəyişir».