Pərviz Bülbülə: «Bizi dinləməyən adam yoxdur» — VİDEO

Pərviz Bülbülə: «Bizi dinləməyən adam yoxdur» — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Meyxanaçı Pərviz Bülbülə duet ortaqlarını özünün seçdiyini deyib. O, bu haqda qonaq olduğu «Şourum» verilişində danışıb.
 Meyxanaçı hamının onları dinlədiyini də iddia edib:
«Hansı müğənninin səsi yaxşıdırsa, ona duet ortağı təklifini özüm edirəm. Məşhur sənətçilərdən hələ ki, duet təklifi olmayıb. Tanınmayan müğənnilərə isə mən başa sala bilmirəm ki, gərək onların səsini mən bəyənəm. Bizi dinləməyən adam yoxdur. Hamı bizi dinləyir. Sadəcə bilmirəm bu nə xasiyyətdir? Meyxana elə bil ki, 18+ kadrdır, hamı baxır, heç kim boynuna almır. Kiməsə qulaq asmaqdansa, bizə qulaq asmaq daha abırlıdır».
Yenilik.az

Sözügedən görüntüləri təqdim edirik:

İlk yorumu siz yazın