Aktrisa Pərvin Abıyeva sosial şəbəkədən qazandığı gəlirini açıqlayıb.
O, bu barədə MTV-də yayımlanan “Tarixin bir günü” verilişinin qonağı olduğu zaman deyib.
Abıyeva “TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59 500-61 200 AZN) qazandığını bildirib.
Pərvin bu onlayn platformadan gündəlik 2-3 min dollar (təxminən 3 400-5 100 AZN) gəlir əldə etdiyini də deyib.