Özünü 15-ci mərtəbədən atan qız müğənninin qohumu imiş

Özünü 15-ci mərtəbədən atan qız müğənninin qohumu imiş
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Əbdül Xalidin əmisi oğlunun övladı intihar edib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda «Həyat tərzi» verilişində danışıb. O bildirib ki, onun 14 yaşı olub:

«Bu yaxınlarda başımıza bədbəxt hadisə gəldi. İnanın ki, onun canına qəsd etməsinin səbəbi bilinmir. O, özünü yüksəkmərtəbəli binanın 15-ci mərtəbəsindən atıb. Burada məktəbin, təhsilin və evdə valideyinlərinin də çox böyük rolu var. Atası eyvandan qızına baxıb. O isə aşağıdan atası ilə salamlaşıb. Görün, bu qız beynində özünü atmasını necə formalaşdırıb. Atası deyib ki, blokun qapısı açın, qızım gəlir. Özü də pəncərəni bağlamaq istəyəndə görüb yuxarıdan nəsə düşdü. Görün, bu valideyin üçün nə deməkdir?”. 

Qeyd edək ki, bununla bağlı xəbər mayın 12-də yayılmışdı. 

İlk yorumu siz yazın