Öz qəbirlərini dağıdan vandallar-VİDEO

Öz qəbirlərini dağıdan vandallar-VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycan ordusunun “Qisas” əməliyatı nəticəsində növbəti dəfə burnu ovulan ermənilər Laçın rayonunun Zabux kəndini boşaldırlar. Prosesin hərbi-siyasi cəhətdən əhəmiyyəti təbii ki, çox böyükdür. Lakin məsələnin maraqlı tərəfi tam başqadır. Bu torpaqların ermənilərə məxsus olduğunu həyasızcasına iddia edən ermənilər Zabux kəndini tərk edəndə dünyada görünməmiş hərəkətlər edirlər. Kəlbəcəri tərk edəndə unitazı da belinə qoyub aparan ermənilər Zabuxu tərk edəndə daha da rəzil duruma düşərək hətta ölülərinin sümüklərini də qəbirdən çıxarıb aparırlar. Bu dünya tarixində görünməmiş bir vəhşilik, mədəniyyətsizlik nümunəsi olmaqdan əlavə həm də çox gözəl tarixi dərsdir. 

Tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu ərazinin ən qədim sakinlərindəndir, amma həmin sakinlər arasında nə ermənilərin, nə də onların ulu babalarının adı yoxdur. Azərbaycan xalqı isə həmişə öz qədim mədəniyyəti ilə seçilib. Bunun nəticəsidir ki, torpaqlarımıza ayağı dəyən gündən ermənilərin zülmü ilə üzləşən xalqımız öz dədə-baba torpaqlarından qovulanda heç bir vaxt dini məbədlərini dağıtmayıb, evlərini yandırmayıb, əzizlərinin qəbirlərini açmayıb. Bu gün də Azərbaycanda erməni qəbirləri var,  erməni kilsəsi var, amma onlara heç kim toxunmur, ziyan vurmaq barədə düşünmür. Çünki Azərbaycan xalqı həmişə tolerant olub, başqa dinlərə, xalqlara hörmətlə yanaşıb. Ermənilər isə nəinki başqa qxalqlara və dinlərə, heç öz dininə və ölülərinə hörmət etmir, kilsələrini yandırır, ölülərini qəbirdən çıxarır.

1987-1988-ci illərdə Qərbi Azərbaycandan qovulanda əksəriyyət ancaq ailəsini götürüb dolu evini ermənilərə qoyub çıxmışdı. Yaxud elə götürək 1992-1993-cü illərdə baş verən işğalları. Zəngilıan, Qubadlı, Ağdam, Cəbrayıl, Şuşa, Laçın və s. işğal olunmuş torpaqlarımızın camaatı tarixi torpaqlarımızdan zorla çıxarılanda heç mal-qarasını, var-dövlətini gətirə bilməmişdi, hətta əksəriyyəti “onsuz da bir gün geri qayıdacam” düşüncəsi ilə evinin qapısını qıfıllayıb açarını da cibinə qoyub gəlmişdi.  Ona görə ki, azərbaycanlı bilirdi ki, bu torpaq mənim ulu babalarımın, əcdadlarımın torpağıdır, bir gün mütləq geri qayıdacam. Ermənilərin öz ölülərinin sümüklərini də yığıb aparmasına da bu kontekstdən baxmalıyıq. Necə deyərlər “özgə atına minən tüz düşər”. Bizdən fərqli olaraq ermənilər Qarabağa aid olmadıqlarını, bu torpaqlara gəlmə olduqlarını özləri yaxşı bilirlər və “Dəmir yumruğ”un dadını da hiss ediblər. Bilirlər ki, “bu həna o hənadan deyil”, daha Qarabağ adı tuta bilməyəcəklər. Ona görə də ölüləri qəbirdən çıxarır, evləri yandırır, bir sözlə hətta orta əsrlərdə rast gəlmədiyimiz vandalizm aktları törədirlər. İnsan öz zəhmətlə tikdiyi evi yandırarmı, öz əzizinin qəbrini qazıb sümüklərini çıxarar, ruhuna əziyyət edərmi? İnsan öz dini inancını təhqir edib dini məbədini yandırar, dağıdarmı? Təbii ki, etməz. Amma biz insanlığı təbii ki, insandan gözləyə bilərik. Xocalıda qadın, körpə, hamilə, qoca, xəstə demədən süngüdən keçirənlərdən insanlıq yox, ancaq belə vandalizm gözləmək olardı. Bu gün dünya Zabuxda məhz həmin vandalizmi müşahidə edir.

Xanlar Xoca

İlk yorumu siz yazın