Müğənni Sevda Yahyayevanın qız övladı dünyaya gələcək.
Bu barədə sənətçi özü məlumat yayıb.
“Baby shower” partisi keçirən ifaçı həyat yoldaşı Zakir Bayramovla uşaqlarının cinsiyyətini öyrəndikləri anı instaqramda paylaşıb.
“Sağ-salamat dünyaya gəl. Sağlam və xeyirli övlad ol, inşallah. Səni səbirsizliklə gözləyirik”, — deyə, Sevda qeyd edib.