«Oqtay olmasaydı, torpağın altındaydım»

«Oqtay olmasaydı, torpağın altındaydım»
Tarix : Oxunma : Yorum Yaz

«Arada pis oluram ki, niyə belə oldu? Saçım, qaşım yanıb. Qaşım yoxdur, effekt qoymuşam».

OLAY-ın məlumatına görə, bu sözləri «Location» adlı məkanda partlayışda 4-cü dərəcəli yanıq xəsarəti alan influenser Aysel Şükür deyib.

O, keçmiş həyat yoldaşı Oqtay Əhmədovun onu xəstəxanaya aparmasından söz açıb:

«Biz Oqtayla dostuq, o məni xəstəxanaya çatdırdı. Sağ olsun, o olmasaydı, indi torpağın altındaydım. O gəldi gördü ki, hamı şokdadır, heç kimin başı çıxmır ki, yanıq nədir? Qaz bədənimə təsir edib, bədənim şişib. Saçımı keçəl edirdilər, dedim eybi yox, nə var odur. Kipriklərim də yanıb. Ən pis ayaqlarımdır. Sabah əməliyyat olunacam. Ayağıma dəri köçürəcəklər. 6 ay heç bir şey etmək olmaz, sadəcə müalicə olunacam. Ayaqlarıma 4-cü dərəcəli yanıq diaqnozu qoyulub».

Aysel həmin gecə baş verənlərdən də danışıb:

«O qədər xəstəxanaya getdim ki, heç biri götürmürdü. Yaxşı ki, 5 nömrəli xəstəxanaya getməmişəm, indi həyatda deyildim, ölmüşdüm. Telefonlarımın iksi də tapılmadı, ancaq canımızı götürüb qaçmışıq. Yadıma düşür havalanıram, o barədə danışmaq istəmirəm. Çətinliklə yeriyirəm, oturmaq da olmaz. Yuxu dərmanları atıram deyə tezdən oyanıram. Ancaq uzanmalıyam».

İnfluenser hadisədən sonra atası, «Lifttəmir» İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun ona münasibəti ilə bağlı sualları da cavablayıb:

«Atam mənə hirslənməyib, həmişə yanımdadır. Orada nə var ki? Dostum Raulun ad gününə getmişdik. Ora bar deyil, pozğunxana deyil, hamının gedib əylənə biləcəyi məkandır. Mən də ad gününə getmişəm. Səhv işim yoxdur, çox şükür. İndi işləyə bilmirəm deyə, mənə atam baxır. Düzdür, utanıram. Amma inşallah düzəlim, yaxşı olacaq».

İlk yorumu siz yazın