Müğənni Tunar Rəhmanoğlu bəstələrinin qiymətini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda «Səhər mərkəzi» proqramında danışıb.
«Əgər əlimdə yaxşı iş varsa, qiyməti də dəyərlidir. 5 min manata da mahnı satmışam. Türkiyədə isə 3 min dollara bəstə satmışam» deyə, Tunar söyləyib.
İfaçı instaqram səhifəsini həyat yoldaşının işlətdiyini də gizlətməyib:
«Əvvəl marağım var idi, indi yox. Hər kəsi izləyirəm, amma paylaşımlar etmirəm. Mənfi rəylərə pis oluram. Pis-pis şeylər yazırlar. Zəng edirsən, deyir, mən deyiləm. Tapıram mənfi rəy yazanları. Lazım deyil, insanların həyatıyla oynamaq olmaz. Deyirsən, niyə yazırsan? Başlayır, bağışla. Necə bağışlayım, elə şey olar? Düşünmək lazımdır ki, şərhi oxuyub, necə əsəb yaşayırsan. Adama həmin an elə hirs gəlir ki, travma ala bilərsən».
İbrahim Tatlısəslə bağlı sualları cavablandıran müğənni «Gördü ki, görməmiş deyilik. Özümüzü gözə soxan deyilik. 1998-ci ildə getdik ora, onlar da diqqət edirdi hər şeyimizə. Hərəmizdə bir xüsusiyyət görüb, sevdilər» sözlərini söyləyib.