“Onu 1 saniyə görmək üçün övladlarımdan belə keçərəm” — VİDEO

“Onu 1 saniyə görmək üçün övladlarımdan belə keçərəm” — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

«Keçmişimdə utancverici bir iş görməmişəm. Buna görə də, heç zaman heç nədən peşman olmamışam».

Bu sözləri müğənni Zenfira İbrahimova «1dəqiqə» gecə şousunda deyib.

Anasını itirən sənətçi, anası ilə bağlı peşmançılıqlarını dilə gətirib: «Bu gün dünyanın bütün mal-mülkündən, canımdan, övladlarımdan belə keçməyə hazıram təki anamı 1 saniyə görüm. O qədər peşmançılıqlarım var ki… Kaş anama bu sözləri söyləməzdim, kaş onu başqa cür yaşadardım».

Day.Az «bizim.media»-ya istinadən xəbər verir ki, anasını son mənzilə çiyinlərində aparan Z.İbrahimova yaşadığı anları dilə gətirərək, göz yaşlarına hakim ola bilməyib:

«Anam xəstəxanaya yerləşdiriləndə, mən başqa ölkədə idim. Bu gün də vicdan əzabı ilə yaşayıram… Kaş ki, getməzdim, kaş ki anamın yanında olardım, kaş ki 3 gün ondan əvvəl bilərdim, onun vəziyyətini, halını.

Bu gün də o vicdan əzabı ilə, yəni özümlə bacarmıram və barışmıram ki, niyə həmin gün mən evdə olmadım». 

Qeyd edək ki, müğənni Zenfira İbrahimovanın anası Ceyran xanım bir il əvvəl koronavirusdan dünyasını dəyişib.

İlk yorumu siz yazın