«Onlar yaşamırlar, sürünürlər»

«Onlar yaşamırlar, sürünürlər»
Tarix : Oxunma : Yorum Yaz

«Deyirlər, bəziləri elə sanır ki, yaşayır. Əslində olan isə onların sürünməyidir. Mühüm olan mövcud olmaq deyil, yaşamaqdır. Mühüm olan çox yaşamaq deyil, necə yaşamaqdır».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova bildirib. İfaçı ad çəkmədən söz atıb. 

«O, Allahdan qorxanlar üçün haqq, ədalət — ilahi ədalət deyilən bir şey var. Bunu ağlı olan heç kəs unutmasın. Çünki yaşadığımız həyat bir bumeranqdır və hər şey karmadır. Əslində nə tökürsən aşına, o da çıxır qaşığına. Odur ki, gözlə məni gözəlim, yoldayam, gəlirəm. Anlamağa çətinlik çəksən, rus dilinə tərcümə elə» deyə, sənətçi sözlərinə əlavə edib. 

İlk yorumu siz yazın