Rəqqasə-aktrisa Oksana Rəsulovanın «Xəzər TV»də yayımlanan «Bu ana kimi» proqramı yayımını dayandırıb.
Axşam.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, verilişi bağlansa da kanaldakı fəaliyyəti dava edəcək.
Oksana tamaşaçı qarşısına «Xoşbəxt sabahlar» proqramı ilə çıxacaq.
«Bu ana kimi» verlişi artıq «Xoşbəxt sabahlar» kimi efirdə davam olacaq» deyə, Rəsulova paylaşımında qeyd edib.