Müğənni Nazənin Salayevanın 1,1 milyonluq instaqram səhifəsi bərpa olunub.
Bu barədə onun səhifəsində məlumat paylaşılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Nazəninin oğurlanan səhifəsində qeyri-etik paylaşımlar edilmişdi. Hesabı ələ keçirən şəxs buna 7000 dollar (təxminən 12 min manat) qarşılığında razılaşdığını, lakin öz pulunu ala bilmədiyini bildirmişdi.