«Bir yoldaşım var: Gülbiçə Rəhmanova. 28 il əvvəl ilk həyat yoldaşımdan rəsmi boşanmışam və ikinci dəfə evlənmişəm. İkinci ailəmdən övladım yoxdur. Dörd övladım var idi, 27 yaşında dünyasını dəyişdi».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov «Bizimləsən» proqramında deyib. Aktyor oğlunun 27 yaşında dünyasını dəyişmə səbəbini açıqlayıb:
«Evləndirdim, qəşəng toy etdim. Faciəvi şəkildə vəfat etdi. İkinci mərtəbədən yıxıldı. Evdə təmir gedirdi, yıxıldı yerdə daş var idi, beyninə girdi, sümüyü sındırdı və damarı kəsdi. Onu saxlaya bilmədilər. Hadisə 2004-cü ildə olub. 17 ildir bilirəm ki, bala dağı nə deməkdir.
Onun xanımı mənim gəlinim yox, qızımdır. Dedik ki, ailə qur, getmir ərə».