“OBA market”in Gəncə şəhərində yerləşən mağazasına cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Kənan Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 5-nə təyin edilib.
Qeyd: “OBA market”in Bakıda yerləşən mağazalarına daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.