«O uşaqları dünyaya gətirməyin»

«O uşaqları dünyaya gətirməyin»
Tarix : Oxunma : Yorum Yaz

«Heç bir ailədə ayrıseçkiliyi qəbullanmıram. O övladı dünyaya gətirməyin».

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva «Təsir Dairəsi» proqramında deyib. Sənətçi övladını atan valideynlərə səslənib:

«Heç bir övlad valideyndən xahiş etmir ki, onu dünyaya gətirsin. Gətirmisənsə, valideyn borcudur ki, hər bir övlada eyni məhəbbəti böləsən. Olmaz birinə hər şey — diqqət, məhəbbət, nəvaziş verəsən. O birini isə sanki qonşudan gətirmisən».

Aktrisa daha sonra özünə də valideynlərinin ayrıseçkilik qoyduğunu, bundan əziyyət çəkdiyini deyib.

Qeyd edək ki, S.Əliyeva dünyasını dəyişən anası ilə illərlə küsülü olub. Hətta anası dəfələrlə onu polisə şikayət edib. 

İlk yorumu siz yazın