“O qiymətə gələ bilmərəm“ — Roza Zərgərli

“O qiymətə gələ bilmərəm“ — Roza Zərgərli
Tarix : Oxunma : Yorum Yaz

«Xoşbəxt olmağım, övladlarımın xoşbəxt olmağı üçün sənətimdən vaz keçərəm. İnsanların gördüyü səhnə sənətindən söhbət gedir. Kadr arxası işləyərəm. Səhnədə olmaq üçün əyilməmişəm, əymişəm. Ona görə də səhnə məndən küsə bilməz. Çünki səhnəmi mən yaradıram».

Moderator xəbər verir ki, bunu müğənni Roza Zərgərli deyib.

O, toy bazarından danışıb: «Kimsə toya 100 manata gedir. Əgər baha gedirsə, deməli, keyfiyyətli müğənnidir. Həmin müğənnilər ürəklə və səbrlə işləyirlər. Toy çox böyük səbr tələb edir. Kimsə gəlib o qiymətin yarısından da az qiymətə gedir. Ucuz ətin şorbası olmur. Ev yiyəsi o dəqiqə deyir ki, filankəs bu qiymətə gedir, sən də bu qiymətə gəl. Mən deyirəm ki, o qiymətə gələ bilmərəm. Mən böyük ansambl, musiqiçilərlə çalışıram. Necə deyim ki, gəl burdan bölgəyə 50 manata gedək?! Onun evinə çörək aparmalıdır, ailəsi var».

«22 ildir sənətdəyəm, bu müddət nə azdır, nə çox! 10-15 il bundan öncə 40-42 yaşında insan görəndə deyirdim ki, artıq səhnədən getmək vaxtıdır. Fikirləşirdim ki, qoy cavanlar önə getsin. İndi özüm 40 yaşı adlamışam, deyirəm ki, həyat indi başlayır. Yəqin ki, hər yaşda belə deyəcəm», — deyə müğənni vurğulayıb.

İlk yorumu siz yazın