Müğənni Roza Zərgərli həmkarı Elşad Qarayevlə bağlı danışıb.
Bizim.media xəbər verir ki, o, «Rəngarəng səhər» verilişində E.Qarayevi böyüyü adlandırıb, hətta ayağını belə yumağa hazır olduğunu dilə gətirib.
«Verilişin kulisində Elşad bəy başını sinəmə qoymuşdu. O mənim böyüyüm, sevdiyim insandır. O nəinki, başını sinəmin, əlini başımın üstünə də qoya bilər. Mən onun ayağını da yuya bilərəm», — deyə Roza vurğulayıb.
Zərgərlinin bu fikirlərinə isə Elşad Qarayev Rozanın əlindən öpərək, razılığını dilə gətirib.