«O boyda «Səs Azərbaycan»da Madonna, Şadendən oxuyurdular»

«O boyda «Səs Azərbaycan»da Madonna, Şadendən oxuyurdular»
Tarix : Oxunma : Yorum Yaz

«Həyat yoldaşım deyir ki, sən danışma, hamı kim ol. Deyirəm, gizlin nəsə etsəm, səhərə kimi yata bilmərəm. Mən, sən, o biri danışmasın. Get-gedə estrada musiqisi acınacaqlı hala gəlir. Elə bir ailədə anadan olmuşam ki, bizim üçün musiqi hər şeydir. Çoxları üçün bir şeydir, məndə yox».

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova «Axşam havası» proqramında deyib. Müğənni bəstəkarlardan, estrada ifaçılarından gileylənib:

«Bəstəkarlıq məktəbi özü də böyükdür. Əvəzolunmaz bəstəkarlarımız olub, onları yaşatmalıyıq: Ramiz Mirişli, Emin Sabitoğlu, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Hacıyev. Bu insnlar konservatoriya bitirib, yaradıb. İndi dərk etmirlər. Amma bizim kökümüz, mədəni mirasımız kimi vaxt gələcək onları təhlil edəcək. Çoxları götürür bir az iran, fars, türk, xarici musiqini birləşdirir və mahnı ortaya çıxarırlar. Biz getdikcə bəstəkarlarımızın, klasiklərin dəyərini təhlil edəcəyik.

Muğam sahəsində də yeni ifaçılar çıxıb. Estrada da isə xoşagəlməz hal yaşanır. Ona görə də gəlin birləşək. Buradan müraciət edirəm, bütün ziyalılar birləşək yaşadaq estradanı».

B.Dadaşova «Səs Azərbaycan» yarışmasındakı tələbələrindən danışıb:

Televiziya əziyyət çəkib o qədər bahalı səhnə qurmuşdu. Deyirəm, siz bəxtəvərsiniz, sizin üçün necə səhnə qurulub. Aranjiman, səs aparatı, bahalı aparatura, səs rejissoru… Amma mahnılar Madonna, Şaden. Deyirəm ki, bizim mahnıları oxuyun, sizin üçün bu cür imkan yaranıb. Acığa düşdüm, dedim konsertimə çıxardacam, klassik musiqi oxudacam. Hazırlaşdıq, çıxdıq səhnəyə. Onları öz solo konsertimdə oxutdum».

Müğənni Heydər Əliyev Sarayında səhnədə az mahnı oxuması haqda olan qalmaqala isə «Tamaşaçılar deyirdi özünüz oxuyun. İllərdir oxuyuram, uşaqlara imkan verilməlidir. Yenə oxuyacam. Mirzə dayı, Şövkət Ələkbərova kimi ölənə qədər oxuyacam. Amma uşaqlara imkan yaratmalıyıq» sözləri ilə münasibət bildirib.

İlk yorumu siz yazın