Nura Suri: “Kimə lazımdır dərrakəli adam?!”

Nura Suri: “Kimə lazımdır dərrakəli adam?!”
Tarix : Oxunma : Yorum Yaz

“Dünyada insan çoxdur, resurs az” fikrini Hitlerin vaxtından beynimizə yeridirlər. Hollivudda çəkilən hər 3-4 filmdən birindən belə mesaj ötürürlər. Uşaqlıqdan yeridilir beyinlərə. Sonra da bir-iki ağıllı çıxıb deyir ki, bəs siz konspiratorsunuz, belə şeylərə inanmayın. Camaat illərdir, milyonlar xərcləyib beyinlərə yeridir, bu bir-iki nəfər özünü ağıllı sayanlar gic-gic söhbətləri ilə bizi inandırmağa çalışır ki, boş söhbətdir. Bircə onu bilin ki, beynimizdə formalaşan fikirlər belə bizə məxsus deyil”.

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

““Google”, “Facebook” və sair bizim nə düşündüyümüzü belə, yaxşı bilir. Yəni, bizi bizdən daha yaxşı tanıyır və anlayır. Bunları mən demirəm, mən də Yuval Noy Harraridən eşitmişəm. O da Shoshana Zuboffu oxuyub — “Надзорный капитализм”. Arada mənə elə gəlir ki, gic adamlara yaşamaq daha asandır. Kimə lazımdır dərrakəli adam?!” – müğənni qeyd edib.

İlk yorumu siz yazın