“Novruz şirniyyatını da mağazadan alası deyilik ki…“ — Əməkdar artist

“Novruz şirniyyatını da mağazadan alası deyilik ki…“ — Əməkdar artist
Tarix : Oxunma : Yorum Yaz

“Mən Novruz bayramını ailəmlə birlikdə kəndimizdə qeyd etdim”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar artist Yusif Məmmədəliyev söyləyib:

“Balalarım, nəvələrimlə orada oldum. Başqa heç nə hiss eləmədim.

Kəndimizdə dədə-baba adətimizlə hamımız məzarlığı ziyarət etdik, sonra bir yerə toplaşdıq. Hər gün bir-birimizin evində olduq. Dedik-güldük hər zamanki kimi. Fərqli birşey olmadı.

Bayram şirniyyatlarını da qızlarımız, gəlinlərimiz özləri bişirdi, hazırladı. Novruz şirniyyatını da özümüz bişirməyib mağazadan alsaq, nə ləzzəti olacaq?”

İlk yorumu siz yazın