Xəbər verdiyimiz kimi, xanəndə Pərviz Qasımov oğlu Qasıma ötən gün kiçik toy edib.
Axşam.az xəbər verir ki, P.Qasımov sabiq Baş nazir Novruz Məmmədovun kürəkənidir. Məclisdə N.Məmmədov və xanımı da yer alıblar.
Xanəndə N. Məmmədovun qızı Firuzə Məmmədova ilə ailəlidir.
F.Məmmədova Əməkdar artist Elza Seyidcahanın «Mən aktyoram» klipində rol alan və onunla bəstəni duet şəklində səsləndirən Zuzudur.
Qeyd edək ki, N. Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.