Niyam onunla barışmayacağını dedi

Niyam onunla barışmayacağını dedi
Tarix : Oxunma : Yorum Yaz

«Elə-belə küsülülük deyil, barışığı da tamaşaçıya, maqazin olsun deyə edim».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami «Şourum» proqramına açıqlamasında deyib. Sənətçi bir vaxtlar yaxın dost olduğu, indi küsdüyü Kərim Abasovun barışıq addımına sərt reaksiya verib:

«İki dəfə barışıq olub, amma nəticə olmayıb. Barışım, yenə küsüm… Əgər bu barışıq nə vaxtsa baş tutacaqsa, yenə küsəcəmsə, onda nə edim? Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və bir müğənni üçün dedilər, efirdə barışıq elan olunsun. Zülfiyyə xanım dedi ki, tamaşaçıya görə əl verim barışım, amma o deyil axı… Sonrası var, dəqiqələr, saniyələr… Cavabını verməlisən. Dava edəndə gərək barışıq üçün yer qoyasan».

Niyam Rəhim Rəhimli ilə barışması haqda suala isə «Rəhim sənətkardır, bəstəkardır. Ona hər şeyi bağışlayırsan axı…» cavabını verib. 

Qeyd edək ki, Kərim Niyam haqda sərt sözlər deyərək, ondan küsdüyünü, harada görsə onu döyəcəyini açıqlamışdı. 

İlk yorumu siz yazın