“Niyə həmişə hamı biz sənətçilərin üstünə düşür?!“ — Qınanan müğənni

“Niyə həmişə hamı biz sənətçilərin üstünə düşür?!“ — Qınanan müğənni
Tarix : Oxunma : Yorum Yaz

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov (NAVAİ) cəbhədə baş verənlərlə bağlı gec paylaşım etdiyi üçün sərt tənqid edilib.

Yenisabah.az xəbər verir o, izləyicilərindən birinin təhqir dolu mesajını paylaşaraq bildirib:

«Niyə həmişə hamı biz sənətçilərin üstünə düşür?! Bütün insanlığı dəstəkləyirik, amma incəsənətlə. Biz, sənətçilər bu dünyada heç nəyi həll etmirik, bütün aqressiv insanlar bizdən əl çəksin. Biz sülh tərəfdarıyıq. Amma söhbət vətəndən gedirsə, hər kəs onu dəstəkləməyə məcburdur. Mənim ölkəmdə matəmdir, mən də bu matəmi saxlamalıyam».

Qeyd edək ki, izləyicilər Navainin cəbhədə baş verənlərə bir neçə gün sonra reaksiya bildirməsi bu cür qınağa səbəb olub.

İlk yorumu siz yazın