Nazilədən yol polislərinə sitəm: “Ağzımı açdıracaqsınız indi…“

Nazilədən yol polislərinə sitəm: “Ağzımı açdıracaqsınız indi…“
Tarix : Oxunma : Yorum Yaz

Tanınmış şairə, aparıcı Nazilə Səfərli ötən gün yağış yağdıqda tıxacda qaldığı üçün sərt etiraz edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən şairə şəhərin mərkəzində işıqforun işləmədiyi üçün tıxac yarandığını qeyd edib:

«Şəhərin bu yerində — sağda aviakassa, solda çay fabriki. Şəhərin bu yerində işıqfor xarab olar? İşıqforun işləməməyi görün, nə qədər qəza şəraiti yaradır. Görün, nə qədər problem yaşadırsınız bizə… Ağzımı açdıracaqsınız indi. Gör, camaat nə gündədir…

Yağış bir yandan, işıqfor işləmir bir yandan. Avtobuslar da Allah göstərməsin, damımıza dırmaşır.

«28 May» metrostansiyasından bir azdan «Port Baku»ya yaxınlaşıram. Ora qədər bir dənə yol polisi yoxdur. Neyləyirsiniz? Nə işlə məşğulsunuz? Başqa vaxt gözümüzü deşirsiniz. Hardasınız yağış yağanda? Hamınız yoxa çıxmısınız».

İlk yorumu siz yazın