Nazilə Səfərli: «Aparıcılar onun çörəyinə bais olur»

Nazilə Səfərli: «Aparıcılar onun çörəyinə bais olur»
Tarix : Oxunma : Yorum Yaz

Şairə Nazilə Səfərli telekanallardakı verilişlərin aparıcılarına səslənib.

AZXEBER.COM xəbər verir ki, o, nəvəsini  itirən şairə Cığatel İsaqızının dəfələrlə  efirlərə dəvət edilərək acısını təzələyən, onu ağladan aparıcıları qınayıb.

Nazilə Səfərli Cığatel İsaqızının göz yaşı axıtdığı verilişləri hədəf alaraq  deyib:

«Əziz aparıcılar. Hamınız dostumsunuz. Amma demək istəyirəm ki, hər kimə ölmüş doğmasının şəklini göstərsəniz oturub ağlayacaq. Göz yaşı efir üçün müqəddəsdir. Amma düşünmürsüz ki, Cığatel xanımın yarasını qanadıb, ağlatmaqla onun çörəyi ilə oynayırsız. Heç bir məclis yiyəsi dərdli adamı xeyir işində görmək istəmir. Cığatel xanım böyük bir külfətə baxır. Amma siz onun işlərinə mane olursunuz bunu etməklə. Qoyun çörəyini qazansın. Bəsdirin».

Xatırladaq ki, Cığatel İsaqızı və Nazilə Səfərli daha öncə qalmaqal yaşamışdı. Cığatel İsaqızı verilişlərin birində «Nazilə ilə aranız necədir?» sualına sərt reaksiya vermişdi.

İlk yorumu siz yazın