Tanınmış şairə Nazilə Səfərli qəza keçirən bloqer Nicat Şakirli (Nikosayağı) ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib və xəbəri eşidəndən bəri özünə gələ bilmədiyini yazıb:
“Eşidəndən özümə gələ bilmirəm. Şəxsi tanışlığım olmasa da, bir azərbaycanlı balasının pis günü olmasın. Hamının həyatda səhvi olur. Heç kim günahsız deyil. Allah səni körpə balana bağışlayıb. Allah qəzada ölən, ömrü nakam qalan oğlana da rəhmət eləsin. İndi onun anası nə çəkir? Kaş deməyimiz gec olsa da, kaş heç olmayaydı. Sükan arxasında olanlar içi mən qarışıq çox diqqətli olmalıyıq. Bizim səhvimizdən özümüzün və başqalarının çırağı sönməsin. Sərt ittiham edənlərə də sözüm budur ki, ağır cəza almışları danlamazlar. Məhkəməsiz, sorğusuz da Nicat çox ağır cəzalanıb. Ömürlük vicdan yarası var. Nikonun atasının yerinə siz də ola bilərdiniz. Bu hadisədən hamı dərs alıb məncə…”.
Qeyd edək ki, blogerin “Porsche” markalı avtomobili TIR-a çırpılıb. Qəzadan sonra Nicatın sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.