“Nar” Qarabağda 4G şəbəkəsinin əhatə dairəsini genişləndirir

“Nar” Qarabağda 4G şəbəkəsinin əhatə dairəsini genişləndirir
Tarix : Oxunma : Yorum Yaz

2021-ci ildə “Nar” şəbəkəsi üzrə 4G istifadəçilərinin sayı regionlar üzrə 12 faiz və ya 513 min artıb. Bunu “Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke şirkətin 15 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.https://paralel.az/paralel.html

Şirkət rəhbəri bildirib ki, ötən il paytaxt üzrə bu artım 943 min təşkil edib, bu da bir il öncəki göstəricidən 18 faiz çoxdur.

“Bizim 4G şəbəkəmizin artıq 1,4 mln. aktiv abunəçisi var”, – deyə Q.Panke qeyd edib.

O həmçinin əlavə edib ki, operator tərəfindən artıq 4G şəbəkəsinin işğaldan azad olunan rayonlarında da əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır.

“Başda Şuşa olmaqla, Ağdam, Füzuli və digər rayonlarda da şəbəkənin əhatə dairəsi genişləndirilir”, – deyə Q.Panke əlavə edib.

İlk yorumu siz yazın