“Nar” Bakıda yenilənmiş mağazalarını təqdim etdi

Tarix : Oxunma : Yorum Yaz

Mobil operator paytaxtda yerləşən daha 2 mağazasını yeni konseptə uyğunlaşdırıb. Şəmsi Bədəbəyli küçəsi 106/12 (28 may metrostansiyası yaxınlığında) və Qara Qarayev prospekti 62 (Neftçilər metrostansiyası yaxınlığında) ünvanlarında yerləşən mağazalarını müştərilərinə təqdim edib. Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Məqsəd, mobil operatorun diler dükanlarına ziyarət edən müştərilər üstün xidmət təcrübəsi təqdim etməkdir.Qeyd edək ki, “Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator artıq 27 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. 

İlk yorumu siz yazın