«Ürəyimdə qalan arzularım var. Bəzisi bilirəm ki, həyata keçəcək. Bəzisi isə arzu olaraq qalacaq».
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu «7 canlı» proqramında deyib. Sənətçi həyat yoldaşı ilə bağlı arzusunu dilə gətirib:
«Qalan arzularımın qarşısını sənətim alır. Məşhurluğum, sənətə olan sevgim arzularımın üstünü örtdü. Onlardan biri o idi ki, istəyirdim toyum bəy-gəlin bir arada olan kimi olsun, xanımımla rəqs edim, ailə çərçivəsində görüntülənsin. Amma kişi toyu etdim ki, ailə görüntülərim yayılmasın».
Qeyd edək ki, N.Qaraçuxurlunun toyu 2015-ci ildə olub. Onun bu nikahdan Sara adlı qız övladı var.