Namiq Məna Rəşad Dağlıdan danışdı: “Elə məsələlər var, bəzən adamı özündən çıxarır”

Namiq Məna Rəşad Dağlıdan danışdı: “Elə məsələlər var, bəzən adamı özündən çıxarır”
Tarix : Oxunma : Yorum Yaz

“Rəşad Dağlının qətl törətməsi barədə xəbəri mətbuatdan oxudum. Məsələnin necə baş verdiyini tam təfsilatı ilə bilmirəm. Belə məqamlarda insan öz əsəblərinə hakim çıxa bilsə, daha yaxşı olar. Amma elə məsələlər var, bəzən adamı özündən çıxarır. Rəşad səbirli insandır. Görünür, necə ciddi məsələdirsə, sonda onu belə hala gətirib çıxarıb. Xırda şeydən bu hadisə baş verməz. Rəşadın xətrini çox istəyirəm. Belə bir deyim var, “özünü qoruyanı Allah qoruyur”. Elə insan var ailəsi, doğmaları üçün, insan da var, el üçün yaşayır. Rəşad el üçün yaşayır. Onun bir çıxışı minlərlə insanın qəblinə yol tapıb, ürəyini açırdısa, şənləndirirdisə, düşünürəm, belə istedadlı insanları qoruyub-saxlamaq, sağkən dəyərini bilmək lazımdır. Xəbəri eşidəndə çox heyfislənib, təəccübləndim”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış meyxanaçı Namiq Məna deyib.

“Onun həbs olunması mənə çox pis təsir etdi. Bu hadisənin baş verməsi, Rəşadın həbsi bizim söz sənəti üçün bir zərbədir. Çünki bu gün üzdə olan istedadlardan, aparıcı qüvvələrdən biri Rəşad Dağlı idi ki el şənliklərində bu sənəti tərənnüm edirdi. Rəşad böyük-kiçik yeri biləndir, hər zaman mənim hörmətimi necə lazımdırsa, saxlayıb. Özünə hörmət edən, vicdanlı adamdır. İki övladı var, həm də gəncdir. Övladlarının üzərində əsirdi. Onların təhsili ilə ciddi şəkildə məşğul olurdu. Xiridarlar tərəfindən qəbul olunan, sevilən bir sənətkardır. Rəşad dövrümüzün qeyri-adi istedada malik söz ustadıdır. Yetərincə intellektual səviyyəsi var, ağıllı oğlandır. Bu cür insanlara zamanında diqqət göstərmək, əsəbini sakitləşdirmək lazımdır. Hər peşədə peşə xəstəliyi var. Yuxusuz gecələr, el şənliklərində musiqinin, dinamikanın səsi… Onsuz da, bu sənətin daşıyıcılarında — hamımızın əsəb sistemində problem var. Yəqin, ciddi məsələ olub ki, yekunu belə sonluqla bitib. Belə məsələlərdən xəbəri olan şəxslər düşünməlidirlər ki, bu adam istedadlı insandır, ola bilər, əsəbləşib, kimin xəbəri var idisə, gərək, qarşısını alardı, sonluğu da belə acı olmazdı. Allah köməyi olsun”, — meyxanaçı deyib.

İlk yorumu siz yazın