Nadir Moskvadakı vəziyyətdən danışdı: «Bolluqdur»

Nadir Moskvadakı vəziyyətdən danışdı: «Bolluqdur»
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Nadir Qafarzadə Moskvaya gedib.

Axşam.az xəbər verir ki, marketdən bazarlıq edən sənətçi evə gedərkən çəkilən videosunu sosial şəbəkədə paylaşıb. O, Moskvaya çətinliklə gəldiyini və xeyli pul xərclədiyini bildirib.

Qafarzadə daha sonra izləyicilərinə Moskvadakı vəziyyətlə bağlı məlumat verib:

«Deyirlər, guya mağazalarda piştaxtalar boşdur, ərzaq tapılmır. Hər şey də var, bolluqdur. Heç nə dəyişməyib. Dollar da bu gün düşdü, vəziyyət yaxşıdır. Burada azərbaycanlılar çoxdur. Allah onlara da kömək olsun ki, dollar qalxmasın, yoxsa əziyyət çəkəcəklər».

İlk yorumu siz yazın