Müğənni Nadir Qafarzadənin xeyriyyəçi Hacı Nuranla (Nuran Hüseynov) paylaşımı marağa səbəb olub.
Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Nuranla fotosunu paylaşaraq bu sözləri yazıb:
«Hacı Nuranla! Amma hələ ölmək istəmirəm».
Qeyd edək ki, Hacı Nuran Hüseynov sosial media hesabında paylaşdığı təbriklərə və şəkillərə görə bəzən qınaq obyekti olur.
Onun sıravi bir işçidən tutmuş dövlət səviyyəsində xüsusi yer tutmuş vəzifəli şəxslərədək hamını təbrik etməsi və onlarla şəkil çəkdirməsi birmənalı qarşılanmır.
Son vaxtlar isə Hacı Nuranla şəkil çəkən sənət adamlarının dünyasını dəyişməsi müşahidə olunur.