«Nəmişli zirzəmilərdə doğulan bicbalalar…» — Nadirdən təhqiramiz sözlər

«Nəmişli zirzəmilərdə doğulan bicbalalar…» — Nadirdən təhqiramiz sözlər
Tarix : Oxunma : Yorum Yaz

“Sonra bəzi televiziyalar şikayət edir ki, müğənnilər efirə gəlmirlər. Yaxşı edirlər. Müğənninin işi oxumaqdır. Bəzi aparıcılarınız gic-gic suallar verirlər…”

Bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında deyib.

O, bundan sonra verilişlərə çıxmayacağını bildirib:

“Sonra normal cavabları da İnstaqram səhifələrinin xəstə adminləri gic-gic başlıqlarla qoyurlar, onların səhifəsində olan pozğun, avara, nəmişli zirzəmilərdə suyun içində doğularaq atılıb gedən bicbalalar çıxıb şərh yazırlar. Sonra da anaları sosial verilişlərə çıxıb onları axtarırlar. Onların ucbatından müğənni efirə gəlmir.

Xahiş edirəm ki, müğənni efirə çıxanda artıq suallar verməyin. Çünki bizim bəzi tamasaçılar başları ilə yox unitaza oturduqları yerləri ilə anlayırlar. Onunla görə çağırmayn, biz də o sualları cavablandırmayaq. Ona görə mən də efirə çıxmayanlar sırasına düşürəm. Artıq televiziyalara şərtlə çıxacam, yalnız oxumağa… Söhbətə, qeybətə gəlməyəcəm”. 

İlk yorumu siz yazın