Xalq artisti Səkinə İsmayılova verilişlərə getməməyinin səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, xanəndə bu haqda «Zaurla Günaydın» verilişində danışıb. O bildirib ki, bir çox aparıcının sənət adamı ilə davranışından narazıdır:
«Elə aparıcıların verilişinə gedirəm ki, onun ruhu var. Verilişlərə baxıram, münasibəti göməsəm, hiss etməsəm getmirəm. Onun musiqiyə, sözünü deyən sənətkarlara hörməti var. Mən rahat olmalıyam: istər danışığımla, istər oxumağımla, istər ətrafımla. Orada rahatlığım olmasa, həmin verilişdə nə işim var? Nə məcburdur həmin verilişə gedim?».
S.İsmayılova ifaçılara səslənib:
«Konsertlə toyu, toyla şounu bir-birinə qarışdırmayaq. Bunları qarışdırmaq olmaz. əvvəl toya gedirdim. operada olandan sonra getmədim. İndi də olar, gedirəm. Amma tək-tək toylara qatılıram. Orada da efirdə necə çıxış edirəmsə, elə oxuyuram. Hamı yeyib-içməyini qoyub, mənə qulaq asır».